...

RENE VAN DER LİNDEN: AVROPA ŞURASI MÖVCUD PROBLEMLƏRƏ GÖRƏ AZƏRBAYCANI CƏZALANDIRMAQ YOX, ONA AVROPA YOLU İLƏ İRƏLİLƏMƏSİNDƏ KÖMƏK ETMƏK NİYYƏTİNDƏDİR

Siyasət Materials 25 Avqust 2005 11:29 (UTC +04:00)
RENE VAN DER LİNDEN: AVROPA ŞURASI MÖVCUD PROBLEMLƏRƏ GÖRƏ AZƏRBAYCANI CƏZALANDIRMAQ YOX, ONA AVROPA YOLU İLƏ İRƏLİLƏMƏSİNDƏ KÖMƏK ETMƏK NİYYƏTİNDƏDİR

Avropa Şurası mövcud problemlərə görə Azərbaycanı cəzalandırmaq yox, onu Avropa yolu ilə irəliləməsində müşayiət etmək niyyətindədir. Trend in məlumatına görə, AŞ PA sədri Van der Lindenin bu bəyanatı AŞ katibliyi tərəfindən təşkilatın rəsmi veb-saytında yerləşdirilib.

AŞ PA sədrinin Cənubi Qafqaz ölkələrinə bir həftəlik səfərinin yekunlarına dair məlumatda bildirildiyi kimi, Rene van der Linden Azərbaycan hökumətini KİV və müxalifətdə onların qanuni demokratik fəaliyyətlərinin təhlükəli nəticələrə səbəb ola biləcəyi hissinin yaranmaması üçün tədbirlər görməyə çağırıb.

R.Linden seçkilərə nəzarətin vacibliyini qeyd edərək xatırladıb ki,yanvarda assambleya AŞ PA-nın 40 nəfər müşahidəçidən ibarət nümayəndə heyətinin hesabatını müzakirə etməyi planlaşdırır. Avropa Şurası ayrı-ayrı partiyaları və ya konkret siyasi xadimləri deyil, bütövükdə demokratik prosesi dəstəkləyir.

Bundan başqa, AŞ PA sədri Ermənistanda səfəri zamanı müzakirə etdiyi Dağlıq Qarabağ problemi ilə bağlı narahatlığını bildirib. O bəyan edib ki, AŞ neytral siyasi təsir metodları tətbiq etməklə problemin sülh yolu ilə nizamlanmasına çalışır.

Assambleyanın sədri Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində bu problem üzrə danışıqlar prosesini müsbət qiymətləndirib. O vurğulayıb ki, münaqişənin sülh yolu ilə nizamlanması üçün müəyyən şərtlər ola bilər, lakin sülh danışıqları heç bir ilkin şərtlər olmadan aparılmalıdır.

Xəbər lenti

Xəbər lenti