...

İSA QƏMBƏR VERDİYİ VƏDƏ ƏMƏL ETMƏYİB

Siyasət Materials 25 Avqust 2005 13:23 (UTC +04:00)

"Müsavat başqanı İsa Qəmbər "Bizim Azərbaycan" blokunda təmsil olunan partiya rəhbərlərinə adlarını "Azadlıq"ın seçki siyahısına salacağı barədə verdiyi vədə sonradan əməl etməyərək, məsuliyyəti müttəfiqlərinin üzərinə atdı". Bu barədə Trend agentliyinə "Bizim Azərbaycan" blokunda təmsil olan Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı bildirib.

Onun sözlərinə görə, "Bizim Azərbaycan" blokunda təmsil olunan 20-yə yaxın partiya rəhbəri "Azadlıq" blokunun vahid seçki siyahısından kənarda qalacağını gözləmirdi: "Bizə ögey münasibət bəsləyənlərə eyni münasibət bəsləyəcəyik".

T.Abbaslı onu da qeyd edib ki, namizədliyini verdiyi 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən Nəriman Qasımoğlu da "Azadlıq"ın namizədi kimi irəli sürülüb: "Amma dini baxışlarına görə mən ona heç vaxt güzəştə getməyəcəm", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti