...

SEÇKİ KAMPANİYASININ İNDİKİ MƏRHƏLƏSİNİN MONİTORİNQİ APARLIB

Siyasət Materials 25 Avqust 2005 15:22 (UTC +04:00)

Demokratik Seçkilərə Yardım Mərkəzi parlament seçkisi kampaniyasının indiki mərhələsinə dair ölkə üzrə 20 seçki dairəsində monitorinq aparıb. Trend in məlumtına görə, bu barədə avqustun 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında qurumun rəhbəri Əli Quliyev açıqlama verib.

O bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Cəlilabad, Masallı, Beyləqan, Ağcəbədi, Füzuli, Quba, Xaçmaz, Zaqatala, Qax, Şəki şəhərlərində 20 seçki dairəsi üzrə monitorinq həyata keçirilib. Əli Quliyevin sözlərinə görə, monitorinqlər nəticəsində bir sıra qanun pozuntuları, eləcə də ayrı-ayrı namizədlərin inzibati resurslardan istifadə halları ilə bağlı faktlar aşkarlanıb.

Bəlli olub ki, monitorinq keçirilən ərazilərdə yaşayan əhalinin şəxsiyyət vəsiqəsi ilə təmin olunması ləngidilir. Şəxsiyyət vəsiqəsi ilə təmin olunmayanlar nisbətən kasıb təbəqəyə aiddir və onlar əsasən müxalif elektorat hesab olunur.

Həmçinin seçici siyahılarının tərtibində və dəqiqləşdirilməsində çoxsaylı qüsurlar var, xüsusilə seçicilərin qeydiyyat yeri ilə faktiki yaşayış yeri arasında zidiyyətlər mövcuddur. Komissiyalar Mənzil İstismar İdarələrinin onlara təqdim etdiyi siyahılarla kifayətlənib və dəqiqləşmələr aparmayıb.

Əli Quliyevin sözlərinə görə, hakim partiya namizədlərinin inzibati resurslardan istifadəsi müşahidə olunub, dövlət orqanlarına məxsus nəqliyyatdan, rabitə vasitələrindən və digər imkanlarından yararlanması faktları var.

Xəbər lenti

Xəbər lenti