...

LƏNKƏRAN RAYONUNDA PARLAMENT SEÇKİLƏRİNƏ HAZIRLIQ İŞLƏRİ BAŞLANIB

Siyasət Materials 25 Avqust 2005 15:23 (UTC +04:00)

Lənkəran rayonunda parlament seçkilərinə hazırlıq işlərinə başalnılıb. Rayonun İcra hakimiyyətində Trend agentliyinə bildirilib ki, hazırda seçki məntəqələrinin 4 seçki dairəsində artıq səsvermə üçün şərait yaradılıb.

Avqustun 23-nə olan məlumata əsasən, Lənkəranın 73 seçki dairəsi üzrə 19, Lənkəranın 74 kənd seçki dairəsi üzrə 18, 75 Lənkəran-Masallı seçki dairəsi üzrə 13, 76 Lənkəran-Astara seçki dairəsi üzrə 11 nəfər deputatlığa namizədliyə ərizə verib.

Bu günədək 4 seçki dairəsindən 12 namizəd qeydiyyata alınıb. Lənkəran rayonu üzrə 69604 seçki vəsiqəsi olub ki, bu da 64,7% təşkil edir. Seçki vəsiqələrinin verilməsi davam edir.

Xəbər lenti

Xəbər lenti