...

ANH AVQUSTUN 31-DƏ QUBADLININ İŞĞALINI ANMAQLA AKSİYANI YEKUNLAŞDIRACAQ

Siyasət Materials 25 Avqust 2005 16:10 (UTC +04:00)

"Azərbaycan Naminə Hərəkat" (ANH) Qarabağ Ümumdünya Etiraz Aksiyaları çərçivəsində silsilə tədbirlərini avqustun 31-də Qubadlının işğalı gününü anmaqla başa çatdıracaq". Bu barədə Trend agentliyinə ANH-nin mətbuat xidmətinin rəhbəri Anar Orucoğlu məlumat verib.

Onun sözlərinə görə, ANH 20-yə yaxın təşkilatla birgə Qubadlının işağalının ildönümü ilə bağlı avqustun 31-də Bakı və Sumqayıtın Şəhidlər Xiyabanında anım mərasimi keçirəcək. Müxtəlif səbəblər üzündən bu tədbirin xaricdə keçirilməsi nəzərdə tutulmayıb.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, xaricdə Qarabağ Ümumdünya Etiraz Aksiyaları çərçivəsində silsilə tədbirlər isə avqustun 23-də Zəngilan və Füzulinin işğalı günü ilə bağlı Almaniya, Norveç və Kanadada anma məraismləri ilə yekunlaşıb.

A.Orucoğlu Rusiyada səfərdə olan ANH-ın rəhbəri ədliyyə generalı İlqar Qasımovun həftənin sonunda Azərbaycana qayıdıb tədbirlərdə iştirak edəcəyini də bildirib.

Xəbər lenti

Xəbər lenti