...

MİLLİ DEMOKRAT PARTİYASIHIH HAMİZƏDİHİH SEÇKİ QƏRARGAHIHA BASQIH OLUB

Siyasət Materials 25 Avqust 2005 16:22 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) Siyasi Şurasının üzvü, 40 saylı Kəpəz 2-ci seçki dairəsindən namizədliyi qeydə alınmış Zakir Məmmədovun seçki qərargahına basqın olub. Bu barədə Trend ə AMDP-dən məlumat verilib.

Bildirilib ki, basqın zamanı seçki qərargahının texniki avadanlıqlarına ziyan vurulub, namizədin vəkillərinə isə fiziki xəsarət yetirilib.

Basqınçılar vəkilləri hədələyərək qərargahı tərk ediblər. AMDP avqustun 25-də bu barədə bəyanat qəbul edərək Mərkəzi Seski Komissiyasından (MSK) tədbir görməyi tələb edib.

Qeyd edək ki, üç gün öncə AMDP-nin də daxil olduğu "Vətəndaş Cəmiyyəti Qurucuları" seçki blokunun qərargah rəhbəri Yaşar Cəfərlinin 3 nəfər tərəfindən döyülməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

AMDP aidiyyatlı orqanları baş vermiş hadisəyə laqeydlik nümayiş etdirməklə günahlandırır.

"Küt alətlə vurulub huşunu itirənə qədər döyülən Yaşar Cəfərliyə ekspertiza yüngül xəsarət diaqnozu verməklə olayın məqsədli olduğunu bir daha sübuut etdi.

MSK isə məsələyə bu günədək də münasibət bildirməyib"-deyə AMDP-nin bəyanatında bildirilir.

Xəbər lenti

Xəbər lenti