...

QADINLARIN FƏRDİ MÜŞAHİDƏÇİLİYİNƏ YÖNƏLƏN TRENİNQLƏR KEÇİRİLƏCƏK

Siyasət Materials 25 Avqust 2005 17:00 (UTC +04:00)

Seçici Qadınlar Liqası Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə "Seçici qadınların fərdi müşahidəçilik qabiliyyətinin inkişaf etdirilməsi" adlı layihə həyata keçirməyə başlayıb. Seçici Qadınlar Liqasından Trend ə verilən məlumata görə, layihənin avqustun 15-dən başlayaraq noyabrın 15-dək həyata keçirilməsi planlaşdırılıb.

Layihənin məqsədi Bakı şəhərində və ölkənin müxtəlif regionlarında seçici qadınlardan ibarət fərdi müşahidəçilərin maarifləndirilməsi yolu ilə parlament seçkisində müşahidənin gücləndirilməsi, qadınların seçkinin monitorinqi prosesində aktivliyinin artırılması və müşahidənin effektivliyinin yüksəldilməsinə yardım göstərməkdən ibarətdir.

Layihə çərçivəsində fərdi müşahidəçi qadınlara seçki qanunvericiliyində müşahidəçiliklə bağlı nəzərdə tutulan müddəalara dair treninqlərin keçirilməsi nəzərdə tutulub. Treninqlərin əsas məqsədi qadınlardan ibarət müşahidəçilər korpusunun hazırlanmasıdır. Layihə Bakı və regionları əhatə etməklə 6 seçki dairəsinin ərazisində fərdi müşahidəçi qadınlar üçün aparılacaq.

Xəbər lenti

Xəbər lenti