...

İRANIN SƏFİRİ: YENİ HÖKUMƏT AZƏRBAYCANLA İQTİSADİ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏCƏK

Siyasət Materials 25 Avqust 2005 17:55 (UTC +04:00)
İRANIN SƏFİRİ: YENİ HÖKUMƏT AZƏRBAYCANLA İQTİSADİ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏCƏK

İranın yeni hökuməti Azərbaycanla iqtisadi əməkdaşlığı davam etdirəcək. Trend agentliyi bildirir ki, avqustun 25-də keçirilən mətbuat konfransında İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bu barədə bəyan edib.

Onun sözlərinə görə, İran Nazirlər kabinetinin təsdiq olunmuş 17 üzvü arasında ölkənin azərbaycanlı, isfahanlı və digər nümayəndələri vardır. Səfir qeyd edib ki, onların arasında yalnız erməni yoxdur.O, həmçinin bildirib ki, yeni səhiyyə naziri əslən Azərbaycanın Lənkəran rayonundandır.

3 ay ərzində ölkə prezidenti hökumətdə qalan 4 yerə yeni namizədləri təqdim edəcək. Bunlar - neft, əmək və əhalinin sosial müdafiəsi, kooperasiya və orta təhsil nazirlərinin postlarıdır.

İran hökuməti başlanılmış ikitərəfli iqtisadi layihələrin, elektrikötürücü xətlərinin, avtomobil magistralının çəkilməsinin gerçəkləşdirilməsini uğurla davam etdirmək niyyətindədir.

Səfirin sözlərinə görə, İran tərəfi həmçinin ticarət əlaqələrini, ötən il $500 mln. təşkil etmiş mal dövriyyəsinin həcmini genişləndirmək niyyətindədir.Diplomat qeyd edib ki, bu da hər iki tərəfi tamamilə qane edir.

Ə.Süleymani növbəti dəfə İranla Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi məsələsinə toxunub.Səfir hesab edir ki, bu, ikitərəfli ticari-iqtisadi əlaqələrin gələcək inkişafı üçün vacibdir.Səfirin sözlərinə görə, Azərbaycan tərəfi indiyədək İran tərəfinin həmin məsələyə dair təklifinə cavab verməyib.

Xəbər lenti

Xəbər lenti