...

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ "AZADLIQ" BLOKUNUN YÜRÜŞ-MİTİNQİNƏ İCAZƏ VERDİ

Siyasət Materials 25 Avqust 2005 18:45 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun avqustun 27-də keçirəcəyi yürüş-mitinqinə icazə verib. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.

Avqustun 25-də Bakı Şəhər İcra Hakimiyyətindən bloka verilən cavab məktubunda yürüş-mitinqin saat 17.00-dan 19.00-dək metronun "20 Yanvar" stansiyasından başlayaraq "Qələbə" kinoteatrının qarşısındakı meydanadək olan marşrut üzrə keçirilməsinə razılıq verilib.

AXCP, ADP və Müsavat partiyalarının birləşdiyi "Azadlıq" blokunun aksiyası azad, ədalətli seçkilər, demokratik seçki mühitinin yaradılması, müxalifətə qarşı təzyiqlərə və qara piar kampaniyasına son qoyulması tələbləri ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti