...

"AZADLIQ" MİTİNQDƏ NARINCI BAYRAQ VƏ QIRMIZI QƏRƏNFİLDƏN İSTİFADƏ EDƏCƏK

Siyasət Materials 26 Avqust 2005 13:07 (UTC +04:00)

"Avqustun 27-də "Qələbə" meydanında "Azadlıq" blokunun keçirəcəyi mitinqdə bloka daxil olan partiyaların bayraqları əvəzinə "Azadlıq"ın narıncı rəngli bayrağı və qırmızı qərənfillər qaldırılacaq. Bu rəng geyimlərimizdə də öz əksini tapacaq".

Bu barədə Trend agentliyinə "Azadlıq"a daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu bildirib.

İ.Əvəzoğlu onu da qeyd edib ki, mitinqdə iştirak etmək üçün ölkədə fəaliyyət göstərən bir sıra gənclər təşkilatı istisna olmaqla, "Azadlıq" bloku tərəfindən heç bir partiyaya müraciət edilməyib. "Amma hansı partiya qatılmaq istəsə, buyurub gələ bilər", deyə o vurğulayıb.

Mitinqdə yalnız seçkilərin ədalətli və şəffaf keçirilməsi ilə bağlı şüarların səsləndiriləcəyini bildirən İ.Əvəzoğlu onu da vurğulayıb ki, "Azadlıq" öz gücü hesabına meydana 50 mindən artıq adam çıxaracaq.

"Azadlıq" blokunun avqustun 27-də metronun "20 yanvar" - "Qələbə" meydanı marşrutu üzrə planlaşdırdığı mitinqin keçirilməsinə Bakı meriyası tərəfindən icazə verilib.

Xəbər lenti

Xəbər lenti