...

AXCP-NİN "KLASSİKLƏR"İ "İSLAHATÇILAR"I İTTİHAM EDİR

Siyasət Materials 26 Avqust 2005 13:23 (UTC +04:00)

"Klassiklər" AXCP sədri Mirmahmud Mirəlioğlunun deputatlığa namizəd olaraq qeydə alınmasına problemlər yaradılır. Partiyanın Daimi Seçki Qərargahından Trend ə verilən məlumata görə 45 saylı Abşeron seçki dairəsində M.Mirəlioğlunun deputatlığa namizəd olaraq qeydə alınmasının əngəllənməsi üçün "İslahatçılar" tədbirlər görürlər.

"Hər dəfə DSK-da Mirmahmud Mirəlioğlunun namizədliyinin qeydə alınmasına baxılarkən, bu prosesin müsbət həll olunmaması üçün "Yurd"çular müxtəlif sənədlər təqdim edirlər. Məqsəd AXCP sədrinin qeydiyyatını gecikdirmək və onu parlament seçkilərindən kənarda qoymaqdır. Bütün bunlar bir daha onu təsdiq edir ki, "Yurd"çuları demokratiya uğrunda mübarizə yox, "təşkilati" maraqları düşündürür"-deyə "Klassiklər" AXCP-sinin seçki qərargahının bəyanatında deyilir.

"İslahatçılar" AXCP-si tərəfindən isə bu ittihamlar təkzib olunub. Partiyanın mətbuat xidmətinin rəhbəri İsa Əvəzoğlu bildirib ki, parlament seçkisi mojaritar qaydada keçirilir və M.Mirəlioğlu 125 dairənin istənilən birindən namizədliyini irəli sürüb seçkidə iştirak edə bilər: "Bizim Mirmahmud Mirəlioğlu ilə problemimiz yoxdur. Biz yalnız indiki iqtidarla mübarizə aparırıq",-deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti