...

RAZİ NURULLAYEV DEPUTATLIĞA NAMİZƏDDİR

Siyasət Materials 26 Avqust 2005 13:28 (UTC +04:00)

6 noyabr parlament seçkisində iştirak edən "Yox" Hərəkatının icraçı nümayəndəsi Razi Nurullayevin namizədliyi Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Bu barədə Trend ə R.Nurullayevin seçki qərargahından məlumat verilib. Qeyd edək ki, o, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Namizəd seçki kampaniyası ilə bağlı artıq növbəti addımlarını planlaşdırır. Belə ki, artıq reklam xarakterli məlumat lövhələri hazırlanır. Eyni zamanda R.Nurullayev Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan seçki texnologiyalarından istifadə edəcək ki, bunların da üzərində hazırlıq işləri gedir. Bunun üçün Avropa ölkələrindən təcrübəli mütəxəssislər R.Nurullayevə köməklik göstərirlər. Həmin mütəxəssislər isə sentyabrda Bakıya gələcəklər.

Qeyd edək ki, o, 8 saylı Binəqədi birinci seçki dairəsindən müxalifəti təmsil edən bütün partiya və seçki bloklarının, o cümlədən "Azadlıq", "Yeni Siyasət" blokları, Liberal Partiyasının namizədləri irəli sürülüb. Razi Nurullayev bildirib ki, onunla bir dairədən namizədliyini irəli sürənlərə qalib gəlmək əzmindədir: "Mənimlə eyni dairədən mübarizə aparan digər namizədlər vaxtlarını və enerjilərini boşuna sərf etməsinlər. Çünki, mən qalib gələcəyimə əminəm", -deyə R.Nurullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti