...

ABŞ SENATININ NÜMAYƏNDƏ HEYƏTİ XƏZƏR DƏNİZİNDƏ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDƏCƏK

Siyasət Materials 26 Avqust 2005 14:13 (UTC +04:00)

ABŞ senatının xarici işlər üzrə komitəsinin sədri, respublikaçı Riçard Luqar və bu komitə rəhbərliyinin üzvü, demokrat Barak Obamadan ibarət nümayəndə heyəti avqustun 31-də Bakıya gəlir. Səfərdə məqsəd Xəzər dənizinin təhlükəsizliyi sahəsində Azərbaycan-Amerika əməkdaşlığı, həmçinin ölkədə seçkiqabağı vəziyyətlə bağlı bir sıra məsələlərin həllidir. Trend in məlumatına görə, bu barədə avqustun 26-da jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib.

"Qarşıdakı səfər Xəzər dənizinin mühafizəsi məqsədilə əməkdaşlıq üzrə ABŞ və Azərbaycan hökumətləri arasında sazişin bir hissəsidir", - deyə amerikalı diplomat bildirib.

O qeyd edib ki, səfər çərçivəsində, həmçinin Azərbaycanda enerji resurslarının hasilatının artırılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Avqustun 31-də nümayəndə heyəti "Bakı-Tbilisi-Ceyhan" neft kəmərində Səngəçal terminalına da baş çəkəcək.

Səfərin birinci günündə senatorlar Azərbaycanda noyabrın 6-da keçiriləcək seçkilərlə bağlı məsələləri müzakirə etmək üçün ölkənin siyasi müxalifət nümayəndələri ilə görüş keçirəcəklər.

Sentyabrın 1-də nümayəndələr Azərbaycanın dəniz sərhəd qüvvələri bazasında komanda mərkəzinə baş çəkəcəklər, burada onlara kütləvi qırğın silahlarının qaçaq yolu ilə daşınmasında şübhəli bilinən gəmilərin dənizdə ələ keçirilmələri üzrə təlim prosedurları nümayiş olunacaq.

Həmin gün Bakıdan Londona qayıdacaq senatorları Böyük Britaniyanın baş naziri Toni Bleyer qəbul edəcək. Senatın nümayədə heyəti Vaşinqtona sentyabrın 2-də qayıdacaq.

Xəbər lenti

Xəbər lenti