...

"İRƏLİ" ÜMUMRESPUBLİKA GƏNCLƏR HƏRƏKATI YARADILIB

Siyasət Materials 26 Avqust 2005 14:50 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənlər Hərəkatı təsis olunub. Trend in məlumatına görə, avqustun 26-da Beynəlxalq Mətbuat Mərkəzində yeni təşkilatın təqdimetmə mərasimi keçirilib.

Hərəkatın təsisçiləri öz məqsəd və məramları barədə məlumat verərək təşkilatın yaranma zərurəti haqqında danışdılar. Azərbaycan prezidenti İlam Əliyevin yürütdüyü siyasəti dəstəkləyən "İrəli" Ümumrespublika Gənclər Hərəkatı bu siyasətin effektiv surətdə reallaşmasının qarantı olmağı, özlərinin sağlam məqsədlərini və bütün potensiallarını ölkəmizin inkişafına yönəltməyi qarşılarına məqsəd qoyublar.

Bu gənclər bir sıra strukturların populist şüarlar altında vətəndaşq qarşıdurması və itaətsizliyə yönəlmiş fəaliyyətinə, radikal siyasi partiyaların sabitliyi pozmaq cəhdlərinə qarşı çıxacaq, həmçinin korrupsioner məmurların bu neqativ fəaliyyətinə qarşı mübarizə aparacaqlar. Korrupsiyaya, təhsildə rüşvətə etiraz əlaməti olaraq aksiyalar keçirəcəklər.

Hərəkatın əsas məqsədi ölkəni müasirləşdirməkdir.

Azərbaycan cəmiyyətində kök salmış problemlərə, həmçinin intellektsiz, bacarıqsız, aciz rəhbərlərlə mübarizə aparıb intellektual, bacarıqlı gəncləri irəli çəkmək niyyətindədir. "İrəli" Hərəkatı ölkə gənclərini prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün problemlərmizin həllində, ölkənin demokratikləşməsində, güclənməsində, inkişafında iştiraka səfərbər etməyə çalışacaq.

Xəbər lenti

Xəbər lenti