...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ MOLDOVALI HƏMKARINI TƏBRİK EDİB

Siyasət Materials 26 Avqust 2005 14:53 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Moldova prezidenti Vladimir Voroninə ölkənin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.

Prezident məktubunda hər iki xalqın mənafeyi, regionda sülh, stabillik və tərəqqi naminə Azərbaycan və Moldova arasında iki tərəfli əlaqələrin, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti