...

AZƏRBAYCAN PREZİDENTİ KAZANA GEDİB

Siyasət Materials 26 Avqust 2005 15:53 (UTC +04:00)

Trend agentliyi RİA "Novosti" -yə istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev Kazana MDB ölkələrinin sammitinə gedib.Hava limanında onu, xüsusilə Tatarıstan Respublikası Dövlət şurasının sədri Fərid Muhəmmədşin və RF XİN başçısının birinci müavini Valeri Loşinin qarşılayıb.

İ.Əliyevin sammit çərçivəsində Ukrayna prezidenti Viktor Yuşenko ilə görüşəcəyi gözlənilir. Tərəflər həmçinin neft-qaz sektorunda ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.

Danışıq Ukraynanın tranzit imkanlarından istifadə edərək Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarına tədarükünə aid olacaq.Neft-qaz sektorunda əməkdaşlığa dair sənədin hazırlanması barədə razılaşma Ukrayna XİN başçısı Boris Tarasyukun bu ilin may ayında Azərbaycana səfəri zamanı əldə olunub.

Avqustun 27-də Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh danışıqlarının növbəti raundu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti