...

MSK SƏDRİ AVROPA ŞURASI BAŞ KATİBİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 26 Avqust 2005 16:08 (UTC +04:00)

Avqustun 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberqi qəbul edib. Bu barədə Trend ə MSK-dan məlumat verilib. Mats Lindberq MSK-nın seçkilərlə bağlı gördüyü işlərlə maraqlanıb, müxtəlif suallar verib.

Görüşdə əsasən seçicilərin seçici vəsiqələri ilə təmin edilməsi, aşağı seçki komissiyaları üzvlərinin və seçicilərin maarifləndirilməsi, namizədlərin qeydiyyata alınması mərhələsində vəziyyət, ekzit-polla bağlı məsələlər müzakirə mövzusu olub. MSK sədri həmin məsələlərlə bağlı ətraflı mülumat verib.

M.Pənahov qeyd edib ki, Seçki Məcəlləsinin və Azərbaycan prezidenti İlham Əliyevin 11 may 2005-ci il tarixli seçki təcrübəsinin təkmilləşdirilməsinə dair sərəncamına uyğun olaraq seçici vəsiqələrinin paylanılması prosesi davam edir və bu vəsiqələrin xeyli hissəsi seçicilərə paylanıb. Aşağı seçki komissiyaları üzvləri üçün keçirilən treninqlərin birinci mərhələsi artıq başa çatıb.

Seçicilərin maatifləndirilməsi məqsədilə plakatlar çap olunaraq bütün seçki dairələrinə paylanılıb. Bundan başqa, AzTI vasitəsilə seçicilərin maarifləndirilməsi istiqamətində verilişlər hazırlanaraq efirə verilir.

Görüşdə həmçinin 122 saylı Xankəndi seçki dairəsidə namizədlərin irəli sürülməsi və digər məsələlər də müzakirə edilib. MSK sədri bu dairədəki seçicilərin siyahılarının dəqiqləşdirilməsi işində beynəlxalq qurumların yardımına ehtiyac duyulduğunu qeyd edib və Avropa Şurasına da müraciət olunduğunu qonağın diqqətinə çatdırıb.

Görüşdə Avropa Şurası İnformasiya Mərkəzinin direktoru İlqar İbrahimli, MSK katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov və mətbuat şöbəsinin müdiri Azər Sarıyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti