...

MİLLİ MƏCLİSİN REGİONAL MƏSƏLƏLƏR DAİMİ KOMİSSİYASININ PAYIZ SESSİYASINDAKI İŞ PLANI TƏSDİQ OLUNUB

Siyasət Materials 26 Avqust 2005 16:57 (UTC +04:00)

Milli Məclisin regional məsələlər daimi komissiyasının 26 avqust tarixli iclasında komissiyanın 2005-ci ilin payız sessiyasında görəcəyi iş planı və bir sıra qanun layihələri müzakirə olunub.

Trend -in məlumata görə, komissiyanın sədri Zahid Qaralov bildirib ki, 2005-ci il payız sessiyasında kommissiya Milli Məclisdə "Bələdiyyələr ittifaqı haqqında", "Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarının əlbir fəaliyyəti hakkında", "Bələdiyyə qulluqçularının etik davranışları haqqıda", "Əmlakın bələdiyyələrə verilməsi qaydaları haqqında", "Böyük şəhər bələdiyyəsi haqqında" qanun layihələrini müzakirəyə çıxaracaq.

Sonra Biləsuvar rayonunun inzibati ərazi bölgüsünə qismən dəyişikliklər edildi və rayonun "Kirovka" kəndi "Günəşli", "Fialetovka" kəndi isə "Çaylı" kəndi adlandırıldı.

Daha bir məsələ, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna dəşikliklər edilərək, "bələdiyyələrin siyahılarının dəyişidirilməsinə dair qanun layihəsi" muzakirə olunub. Sonda, deputatlar komissiyanın iş planı təsdiq edilib.

Komissiyanın yaz sessiyası dövründə, 6 iclası keçirib və bu zaman 13 məsələyə baxılıb. Onlardan 12-si Milli Məclis tərəfindən qəbul edilib.

İlk dəfə olaraq Milli məclisdə ədliyyə nazirinin hesabatının məruzəsi dinlənildi. Seçkilərlə bağlı məsələyə müuasibət bildirən Şaəddin Əliyev qeyd edib ki, komissiyaya seçkilərlə bağlı 165 ərizə daxil olub və daha sonra müvafiq təşkilatlara göndərilib.

Xəbər lenti

Xəbər lenti