...

ALİ MƏHKƏMƏDƏ PARTİZANLARIN KASSASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ

Siyasət Materials 26 Avqust 2005 17:27 (UTC +04:00)

Avqustun 30-da Ali Məhkəmədə Qarabağ partizanlarının kassasiya şikayətinə baxılacaq. Bu barədə Trend ə Qarabağ partizanlarının hüquqlarını müdafiə komitəsindən məlumat verilib.

Kassasiya şikayətində əvvəlki məhkəmə qərarlarının dəyişdirilməsi və partizanlara bəraət verilməsi xahiş olunur. Qeyd edək ki, Ali Məhkəmə tərəfindən partizanların cəzalarının azaldılmasından sonra onlardan üç nəfəri artıq azadlığa çıxıb.

Digərlərinin üzərlərində qalan cəzanın götürülməsi üçün Ali Məhkəməyə təkrar kassasiya şikayəti verilib. Avqustun 30-da keçiriləcək məhkəmə iclası ilə bağlı partizanlarının hüquqlarını müdafiə komitəsi avqustun 29-da Qarabağ Azadlıq Təşkilatının (QAT) qərargahında mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti