...

VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI BLOKU SENTYABRIN 24-Ü QƏLƏBƏ MEYDANINDA AKSİYA KEÇİRƏCƏK

Siyasət Materials 26 Avqust 2005 18:44 (UTC +04:00)

Vətəndaş Cəmiyyəti Qurucuları Bloku (VSQB) avqustun 26-da keçirdiyi toplantıda sentyabrın 24-ü saat 16.00-dan 18.00-a kimi Bakının Qələbə meydanında aksiya keçirməklə bağlı qərar qəbul edib.

Bunu Trend agentliyinə VCQB Seçki Qərargahının rəhbəri Yaşar Cəfərli bildirib. Onun sözlərinə görə, toplantı iştirakçıları avqustun 22-də seçki qərargahına edilən hücumla bağlı bəyanat da qəbul edib.

Y. Cəfərli onu da qeyd edib ki, "Azadlıq" seçki blokunun avqustun 27-də keçirəcəyi mitinqinə blok qoşulmayacaq. "Blokda təmsil olunan 5 partiya və 16 QHT fərdi qaydada mitinqdə iştirak edə bilər" - deyə Y. Cəfərli bildirib.

Xəbər lenti

Xəbər lenti