...

MÜSAVAT BAŞQANININ İKİ MÜAVİNİ ARTIQ NAMİZƏDDİR

Siyasət Materials 26 Avqust 2005 18:57 (UTC +04:00)

Müsavat Partiyası başqanının iki müavininin namizədliyi qeydə alınıb. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

"Azadlıq" blokunun siyahısı üzrə seçkidə iştirak edən Müsavat Partiyasının iki nümayəndəsi - başqan müavinləri Vurğun Əyyub və Mehman Cavadoğlunun namizədliyi avqustun 26-da dairə seçki komissiyası tərəfindən qeydə alınıb.

Vurğun Əyyub 30 saylı Suraxanı seçki dairəsindən, Mehman Cavadoğlu isə 86 saylı İsmayıllı rayon seçki dairəsindən namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti