...

2005-Cİ İLİN 6 AYI ƏRZİNDƏ PROKURORLUQ ORQANLARI TƏRƏFİNDƏN 290 CİNAYƏTİN ÜSTÜ AÇILIB

Siyasət Materials 26 Avqust 2005 19:28 (UTC +04:00)

2005-ci ilin ilk yarımili ərzində prokurorluq orqanları tərəfindən 290 cinayətin üstü açılıb. Avqustun 26-da bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunda keçirilmiş ilin birinci yarısının yekunlarına dair kollegiya iclasında baş prokuror Zakir Qaralov hesabat çıxışında məlumat verib.

Baş Prokuror Trend -ə bildirib ki, cari ilin ilk 6 ayı ərzində ölkədə adam oğurluğu, qəsdən adamöldürmə, qəsdən sağlamlığa az ağır zərərvurma, hədə qorxu ilə tələbetmə, soyğunçuluq, xuliqanlıq, avtonəqliyyatların oğurlanması cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.

Z.Qaralov keçmiş illərdə törədilmiş və uzun müddət ərzində bağlı qalan 290 cinayətin, o cümlədən 88 ağır və xüsusilə ağır cinayətlərin açılmasını müsbət iş göstəricisi kimi qiymətləndirib.

Ancaq bununla yanaşı Baş Prokuror bir sıra ağır qətl cinayətlərinin üstünün bu günə qədər bağlı qalmasından narahatlığını da gizlətmyib. Bu siyahıya ABŞ vətəndaşı Con Elvisin, akademik Fərəməz Maqsudovun ailə üzvlərinin, polis əməkdaşları Mehman Qasımovun və Miremil Ağayevin, "Kapitalbank"ın bir nəfər əməkdaşının və daha bir neçə qətl də daxildir.

Xəbər lenti

Xəbər lenti