...

AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI ŞƏKİDƏ FİLİAL AÇACAQ

Siyasət Materials 27 Avqust 2005 11:17 (UTC +04:00)

Bu ilin payızında Şəkidə Azərbaycan Mikromaliyyələşdirmə Bankının (AMMB) yeni filialı açılacaq. Bu barədə Trend xəbər agentliyinə bankdan məlumat verilib. Verilən məlumata görə, bununla da bankın regionlardakı filiallarının sayı 2-yə çatacaq. Bankın yeni filialı təkcə Şəki sakinlərinə deyil, həmçinin qonşu rayonlarda da fəaliyyət göstərən iş adamlarına xidmət edəcək.

Qeyd edək ki, 2002-ci ilin oktyabrında fəaliyyətə başlayan AMMB-nin hazırda Gəncə, Sumqayıt, Xalqlar Dostluğu və 20 Yanvar metro stansiyasının yaxınlığı, həmçinin Sədərək ticarət mərkəzinin ərazisində filialları fəaliyyət göstərir.

AMMB beş beynəlxalq təşkilat : Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW bankı və LFS Maliyyə Sistemləri tərəfindən təsis edilib.

Xəbər lenti

Xəbər lenti