...

AZƏRBAYCAN MSK ƏLİ KƏRİMLİNİN PLAKATLARI BARƏDƏ MƏSƏLƏNİ ARAŞDIRACAQ

Siyasət Materials 27 Avqust 2005 13:17 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan xalq cəbhəsi partiyasının (AXCP) (islahatçılar) sədri Əli Kərimlinin Ermənistan bayrağının fonunda Bakıda asılmış plakatları məsələsini araşdıracaq. Bu barədə Trend agentliyinə Azərbaycan MSK-nın sədri Məzahir Pənahov bildirib.

"Biz bu məsələni araşdıracağıq.Əlbəttə, indi təşviqat və təbliğat aparmaq olmaz.Bu mərhələ yalnız sentyabrın 7-dən sonra başlayacaq"- deyə MSK sədri bildirib. "Şəhərdə asılmış plakatlar barədə məlumat əlbəttə ciddi məsələdir.Biz bunu araşdırmalıyıq.Əgər namizəd həqiqətən təşviqat işi aparırsa, onda ola bilsin ki, o, çox ciddi cəzalandırılsın, əgər həqiqətən bu, həmin formadadırsa. Amma bu, indi ciddi araşdırılmalıdır"-deyə M.Pənahov əlavə edib.

Onun qeyd etdiyii kimi, söhbət konkret olaraq Əli Kərimlidən getmir.MSK sədri bildirib ki, təşviqat işinə rəsmən başlayan hər hansı bir namizəd çox ciddi cəzalandırıla bilər və o əlavə edib ki, hələlik Əli Kərimli hətta deputatlığa namizəd kimi qeydiyyata alınmayıb.eyd edək ki, AXCP (i) bəyan edir ki, şəhərdə Əli Kərimlinin Ermənistan bayrağının fonunda asılmış plakatları qara piarın davam etdirilməsi və Əli Kərimlinin ünvanına əks-təbliğatdan başqa bir şey deyil.

Xəbər lenti

Xəbər lenti