...

SABİR RÜSTƏMXANLI: "İQTİDAR-MÜXALİFƏT DİALOQU ÇOX GÜMAN Kİ, BUNDAN SONRA BAŞ TUTMAYACAQ"

Siyasət Materials 27 Avqust 2005 14:35 (UTC +04:00)
SABİR RÜSTƏMXANLI: "İQTİDAR-MÜXALİFƏT DİALOQU ÇOX GÜMAN Kİ, BUNDAN SONRA BAŞ TUTMAYACAQ"

"Bundan sonra iqtidar-müxalifət partiyaları arasında görüş çox guman ki, baş tutmayacaq". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib.

Qeyd eldək ki, iqtidar-müxalifət partiyaları arasında silsilə görüşlərin növbəti raundunun VHP-də keçirilməsi qərara alınmışdı. Növbəti görüşün təşkilatçısı olan Sabir Rüstəmxanlı tərəfləri bir araya gətirə bilmir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri dəyirmi masada Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) iştirak edəcəyi təqdirdə görüşə qatılmayacağını bildirirlər.

"Görüşün baş tutması üçün iqtidar tərəfini təmsil edən partiyalarla danışıqlar aparmışam. Bu danışıqları davam etdirirəm, lakin heç bir nəticə yoxdur. Çünki Yeni Azərbaycan Partiyası bu inadında qalır və görüşdən imtina edir. Mən görüşün keçirilməsi üçün sonuncu dəfə bir daha cəhd göstərəcəm. Lakin iqtidar təmsilçiləri yenə də imtina etsələr, bir daha müraciət etməyəcəm. Ona görə düşünürəm ki, artıq iqtidar-müxalifət dialoqu baş tutmaya bilməz"-deyə S.Rüstəmxanlı vurğulayıb. VHP sədri onu da qeyd edib ki, qarşı tərəf inadından dönsə, görüşlərin AXCP-nin iştirakı ilə davam etdirilməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti