...

"Azadlıq" blokunun mitinqi baş tutdu

Siyasət Materials 27 Avqust 2005 19:16 (UTC +04:00)
"Azadlıq" blokunun mitinqi baş tutdu

Avqustun 27-də "Azadlıq" blokunun 20 Yanvar metrosunun yanından "Qələbə" meydanına üurüş-mitinqi keçirilib. Saat 17.00-dən 20 Yanvar yaxınlığından qələbə kinoteatrının qarşısındakı meydana doğru yürüş başlanıb.

Aksiya iştirakçıları "azadlıq", "istefa", "Diktaturaya yox deyirik", "Gənclik ölməz, vətən bölünməz", "azad seçki" və digər şüarlar səsləndirilib. Akstyada narıncı rəngli bayraqlar və plakatlar qaldırılıb. İştirakçıların əksəriyyəti narınğı rəçngdə geyimiblər.

Ətrafda polis kordonları aksiya iştirakçılarına nəzarət edib. Yürüşun önündə ABŞ prezidenti C. Buşun portreti qaldırırılıb. Aksiya zamanı yolun sol kənarında aksiya iştirakçıları ilə polis əməkldaşların arasında insident yarandı.

"Qələbə" meydanına birinci ADP-çılər, AXCR-çilər və musavatçılar daxil olublar.

Saat 18.00-də mitinq Azərbaycan himninin səsələndirməsi ilə başlayıb. Avqustun 27-si ADP sədri R. Qulievin qeydə alındığı gün elan olunub. Qurban Məmmədov (ADP) mitinqi açıq elan edçrək qeyd edib ki, bu aksiya muxalifətin birliyini nümayiş etdirir.

O, Yeni Fikir təşkilatın sədri Ruslan Bəşirlinin həbsinə toxunaraq ona qarşı təxribat hazırlandığını, telekanallarda onun barəsində yanlış və qərəzli təblağat aparıldığını bildirib. Son zamanlar siyasətə qoşulan gənclərə təzyüqlər göstərildiyini diqqətə çatdırıb.

Q. Məmmədov hüquq-mühafizə orqanlarının təqib etməsindən, dövlət orqanlapında, məhkəmələrdə qanun pozuntulardan, saxtakarlıqlardan danışıb. Çıxış boyu aksitya iştirakçıları "istefa" , "Rəsul", "İsa", "Əli" şuarlarını səsləndiriblər.

Ə. Kərimli çıxışında partiyasına və özünə qarşı huçumlardan, mətbuatın ona qarşı planlarından danışııb, belə mənfur cəhdlərin işfa olunduğunu vurğulayıb. Onun sözlərinə görə, hüqüq -mühafizə orqanları Azadlıq blokunu parçalamağaq, onu sıradan çıxarmaq, gəncləri qorxutmaq məqsədi güdür.

Ə. Kərimli qeyd edib ki, Azadlıq bloku 115 vahid namizədini müəyyənləşhdirib, yaxın zamanda öz seçki platformasını ölkə üzrə bütün vətəndaşların diqqətinə çatdırılacağını qeyd edib.

Ə. Kərimlinin sozlənirə görə, ayrı-ayrı hakimiyyət orqanları müxalifəti yolundan döndərə bilməyib: "Azadlıq bloku ona görə hakimiyyətə gəlmək istəyir ki, Azərbaycan xalqıvnın gələcəyi qayğısız olsun, polis zorakılığın,

haqsızlığın qurbanına çevirilməsin, ədalət bərqərar olsun və hamının ədalətə və azadlığa səs vərməyə çağırıram"- deyə Əli Kərimli sonda bildirib.

İsa Qəmbər seçki komissiyalarının tərkibinin dəyişdirməsini, seçki saxtakarlığının qarşısının alınmasının vacibliyindən danışıb. O bildirib ki, sentyabrın 1-dən "Mənim adım hanı?" kampaniyası başlayır.

Və hər bir seçiçi öz adını siyahıda tapmalıdır. İ.Qəmbər bu günlərdə bir neçə gənlər təşkilatının divarlara plakatların yapışdırılması zamanı həbs olunmasını çatdırıb.

Onların demokratiyan uğrunda mübarizənin önundə getdiyini və onların bundan sonra da siyasətdə öndə gədəcəyini vurğulayıb, gənclərin siyasi fəallığını yüksək qiymətləndirib. "Heç bir qüvvə Azadlıq blokunun hakimiyyətə gəlməsinə əngəlləyə bilməyəgək", - deyə vurğulayıb.

Sərdar Cəlaloğlu Rəsul Quliyevin salamlarını və onun mitinq iştirakçıları səs verməyə çağırdınını diqqətə çatdırıb.

"Azadlığı" seç, azad ol!" şüarını butün işttrakçılar təkrarlayıblar. Q. Məmmədov bildirib ki, vətəndaqşlara seçiçi vəsiqələrinin verilməməsi ilə şikayətlər daxil olub.

O, saxtakalığa qarşı öz tövsiyyələrini verib aə mitinq iştirakçılarına huquqi poroseduraları izah edib. "Azadlıq" blokunun seçki qərargahının rəhbəri Arif Haçılının sözlərinə görə, aksiyada 30 mindən çox adam iştirak edib.

Aksiya saat 19.00-da başa çatıb.

Yasamal rayon Polis İdarəsinin əməkdaşının sözlərinə görə, aksiyada 3,500 nəfər iştirak edib.

Xəbər lenti

Xəbər lenti