...

RAUF DENKTAŞ AZƏRBAYCAN PREZİDENTİNİN XÜSUSİ QONAĞIDIR

Siyasət Materials 29 Avqust 2005 11:31 (UTC +04:00)

"Şimali Kipr Türk Cümhuriyyətinin banisi və eks-prezidenti Rauf Denktaş Bakıya Azərbaycan prezidenti İlham Əliyevin xüsusi qonağı kimi gəlir". Bu barədə Trend Türkiyənin TRT telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, ŞKTC-nin nümayəndə heyəti Azərbaycanda ölkənin rəsmi şəxsləri, o cümlədən Milli Məclisin spikeri Murtuz Ələsgərov və XİN başçısı Elmar Məmmədyarovla görüşlər keçirəcək. Görüşlərdə bir sıra iqtisadi məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Sahibkarlar Birliyi (ATİB) tərəfindən səfərin açıqlanmış gündəliyində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər nəzərdə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti