...

AZƏRBAYCANÇI QÜVVƏLƏR BİRLİYİ İCLASLARINI GƏLƏN HƏFTƏ BƏRPA EDƏCƏK

Siyasət Materials 29 Avqust 2005 13:34 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) Seçki Bloku gələn həftədən öz iclaslarını bərpa edəcək. İclasların təxirə salınmasına səbəb namizədlərin imzatoplama kampaniyasını hələ yekunlaşdırmaması olub". Bu barədə Trend ə AQ seçki qərargahının rəhbəri Rövşən Əhmədli məlumat verib.

R.Əhmədlinin sözlərinə görə imzatoplama kampaniyasının yekunlaşmaması AQ seçki blokunun "Yeni Siyasət" və Demokratik Azərbaycan Seçki Bloku ilə əməkdaşlığını da gecikdirir: "Blokumuzun 60-a yaxın namizədi var. Onların əksəriyyəti qeydə alınıb. Bu həftə bütün işlərimizi yekunlaşdıracağıq. Bundan sonra həm bloklararası əməkdaşlığın, həm də ənənəvi olaraq hər cümə günü toplantılarımızın keçirilməsi məsələsi müzakirə olunacaq".

Seçki qərargahının rəhbəri onu da qeyd edib ki, bloklararası əməkdaşlıq sahəsində yalnız seçkilərin demokratik və şəffaf keçirilməsi məsələsi nəzərdə tutulub: "Digərləri kimi biz heç vaxt rəqiblərimizə güzəştə getməyəcəyik. Bu məsələdə tam arxayın olsunlar".

Xəbər lenti

Xəbər lenti