...

ABBAS ABBASOV: AZƏRBAYCAN MDB-NİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİNİN STATUSUNUN ARTIRILMASININ MƏQSƏDƏUYĞUN OLMADIĞINI HESAB EDİR

Siyasət Materials 29 Avqust 2005 13:53 (UTC +04:00)

"Azərbaycan Kazanda keçirilmiş MDB sammitində səlahiyyətli nümayəndələrin statusunun artırılması məsələsini nizamlayan sənədi imzalamayıb". Bu barədə avqustun 29-da Azərbaycan Nazirlər Kabinetinin sədrinin birinci müavini Abbas Abbasov Trend ə eksklüziv olaraq bildirib. Onun sözlərinə görə, Azərbaycan səlahiyyətli nümayəndələrin statuslarının artırılmasını məqsədə uyğun hesab etmir.

"Azərbaycanın MDB-də səlahiyyətli nümayəndəsi olmadığı üçün biz sənədi imzalamamışıq. İkincisi, biz hesab edirik ki, İcraiyyə komitəsinin işini tənzimləyən mərkəzi orqanın yaradılmasına ehtiyac yoxdur, - belə ki, onun tərkibi MDB ölkələrinin başçıları tərəfindən təsdiqlənir", - deyə A.Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti