...

AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ HAVADAN MÜDAFİƏ QOŞUNLARININ BİRGƏ HƏRBİ TƏLİMLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

Siyasət Materials 29 Avqust 2005 13:55 (UTC +04:00)

Azərbaycanın müdafiə naziri "Hərbi əməkdaşlıq -2005" birləşmiş Havadan Müdafiə sistemlərinin yaradılması barədə Razılaşmaya üzv dövlətlərinn havadan müdafiə qoşunlarının birgə təlimlərini müşahidə edəcək. Bu barədə Trend ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Avqustun 30-da Rusiyanın Həştərxan vilayətinin "Aşuluk" poliqonunda "Yasen" zenit-raket qoşunlarının hərbi hazırlıq 42-ci təlim mərkəzinin komanda məntəqəsində S. Əbiyev MDB-dən olan həmkarları ilə birgə təlimlərin üçüncü mərhələsinin döyüş atıcılığını müşahidə edəcək.

Burada Azərbaycanlı nazirlə yanaşı təlimləri onun Rusiyadan olan həmkarı Sergey İvanov, Belorusun müdafiə naziri Leonid Maltsev, Ermənistanın müdafıə naziri Serj Sarkisyan, Rusiya Federasiyası HHQ-nin baş komandanı Vladimir Mixaylov da iştirak edəcək. S.Əbiyevin onlardan bəziləri ilə fikir mübadiləsi aparacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti