...

"AZADLIQ" VƏ "YES" BU HƏFTƏ DƏ GÖRÜŞƏ BİLMƏYƏCƏK

Siyasət Materials 29 Avqust 2005 16:07 (UTC +04:00)

"Azadlıq" bloku ilə "Yeni Siyasət" (YES) bloku arasında görüş bu həftə ərzində baş tuta bilər. Ancaq hələlik yenə görüşün konkretləşdirilməsi ilə bağlı qəti fikir söyləmək çətindir". Bu barədə Trend agentliyinə "Azadlıq" blokunda təmsil olunan Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub bildirib.

Onun sözlərinə görə, bir sıra obyektiv və subyektiv səbəblərdən neçə vaxtdır ki, tərəflər bu tarixi müəyyənləşdirə bilmir. İlkin razılaşmaya görə güman edilir ki, bu həftə tərəflər bir masa arxasında otura bilsinlər.

"Azadlıq" blokuna daxil olan digər qurum - Azərbaycan Demokrat Partiyası (ADP) Mətbuat Xidmətindən isə bu görüşün baş tutmayacağı barədə Trend ə məlumat verilib. Bildirilib ki, görüşün tarixi hələ müəyyənləşdirilməyib.

"Yeni Siyasət" blokunun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının (AZH) lideri Eldəniz Quliyev isə Trend agentliyinə bildirib ki, gündəmdə heç bir görüşün nəzərdə tutulması məsələsi yoxdur: "Danışıqlar aparıla bilər, ancaq bizə rəsmi qaydada müraciət daxil olmadığı üçün bu məsələ "Yeni Siyasət"in Koordinasiya Şurasında müzakirə edilməyib".

Xəbər lenti

Xəbər lenti