...

ADP BAŞ PROKUROR ZAKİR QARALOVU MƏHKƏMƏYƏ VERMƏYƏ HAZIRLAŞIR

Siyasət Materials 29 Avqust 2005 16:19 (UTC +04:00)

Müxalifətdə olan Azərbaycan Demokratik Partiyası (ADP) baş prokuroro Zakir Qaralovu vəzifə səlahiyyətlərini aşdığına görə məhkəməyə verməyə hazırlaşır. Bu barədə Trend ə ADP sədrinin müavini Sərdar Cəlaloğlu məlumat verib.

O belə hesab edir ki, parlamentin eks-spikerini və hazırki hakimiyyətə müxalifətdə olan Rəsul Quliyevi xüsusilə iri məbləğdə vəsait oğurlumaqda ittiham edərək onun deputat toxunulmazlığından məhrum etməklə "baş prokuror öz səlahiyyətlərini aşır".

Avqustun 27-də R.Quliyevin noyabrın 6-da keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınıb. Prokurorluq respublika Daxili İşlər Nazirliyinə siyasətçini Bakıya qayıdacağı təqdirdə həbs etməyi tapşırıb.

Rəsul Quliyev 1996-cı ildə ABŞ-a mühacirət etdikdən sonra Azərbaycanın hüquq-mühafizə orqanları eks -spikeri 107 milyon dollar dövlət əmlakını oğurlamaqda ittiham edərək onun həbs olunması barədə sanksiya veriblər.

"Bu, qanunsuz qərardır. Baş prokurorluq Azərbaycanın Seçki Məcəlləsinin deputatlığa namizədlər üçün müəyyən etdiyi toxunulmazlığı ləğv etmək üçün heç bir hüquqa malik deyil və biz prokuroru öz səlahiyyətlərinin aşdığına görə Səbail rayon məhkəməsinə verməyə hazırlaşırıq ", - deyə ADP sədrinin müavini bildirib.

"Deputatlığa namizədin toxunulmazlığı yalnız o zaman ləğv eldilə bilər ki, o, namizədliyi qeydə alındıqdan sonra qanunu pozsun. Bakının Xətai rayonunun dairə seçki komissiyası ötən şənbə noyabrın 6-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün Quliyevə mandat verib və bundan sonra o, ABŞ-da yerləşib və Azərbaycanda heç bir cinayət törətməyib ", - deyə Cəlaloğlu bildirib.

ADP həmçinin prezident İlham Əliyevə partiyanın fikrincə, seçki prosesinə mane olan Zakir Qaralov barədə müəyyən tədbirlər görmək barədə müracitə edib.

"Bu, Rəsul Quliyevin ölkəyə qayıtması və seçkilərdə qalib gəlməsiniə mane olmaq üçün edilir. Lakin o, hüquq-mühafizə orqanları tərəfindən gözlənilən təxribatlara baxmayaraq hər necə olsa qayıdacaq ", - deyə Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, Quliyevin qayıtmasının tarixi barədə qərar partiya rəhəbərliyi tərəfindən bir həftədən sonra qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti