...

MSK AXCP ƏLEYHİNƏ PLAKATLARLA BAĞLI ŞİKAYƏT ƏRİZƏSİNİ RESPUBLİKA PROKURORLUĞUNA GÖNDƏRİB

Siyasət Materials 29 Avqust 2005 17:03 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimlinin əleyhinə hazırlanmış və şəhərin müxtəlif yerlərində yapışdırılmış plakatlarla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) edilən müraciətə baxılıb və bu məsələnin araşdrılması üçün sənədlər Respublika Prokurorluğuna göndərilib. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Qeyd edək ki, Əli Kərimlinin nüfuzuna zərbə vuran əks-təbliğat plakatları ilə bağlı MSK-da Azər Tağıyev çıxış edib, Əli Kərimlinin və AXCP-nin bu məsələnin qanunauyğun şəkildə araşdırılmasını tələb etdiyini diqqətə çatdırıb.

MSK sədri Məzahir Pənahov bu məsələ ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət etməyin zəruri olduğunu qeyd edib. O, bu işin araşdırılması üçün ərizənin Respublika Prokurorluğuna göndərilməsini təklif edib. Müzakirələrdən sonra MSK-nın qərarı əsasında plakatla bağlı məsələnin araşdırılması üçün sənədlər Respublika Prokurorluğuna göndərilib.

Xəbər lenti

Xəbər lenti