...

BAŞ PROKURORUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ KOPENHAGENDƏDİR

Siyasət Materials 29 Avqust 2005 17:09 (UTC +04:00)

Avqust ayının 28-də Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərinə yola düşüb. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, səfərin məqsədi avqustun 28-dən sentyabrın 2-dək Kopenhagen şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının Onuncu İllik Konfransında və ümumi iclasında iştirak etməkdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Katibliyi və Danimarka Krallığı Baş Prokurorluğunun birgə təşkil etdiyi və yüz iyirmidən çox ölkənin prokurorluq nümayəndələrinin iştirak etdiyi "Şahidlər, ekspertlər və zərərçəkmişlər" mövzusunda keçirilən konfransda şahid ifadələrinin alınması prosesi, müxtəlif təsnifatlı şahidlərin dindirilmə incəliklərinin nəzərdən keçirilməsi, şahid, ekspert və zərərçəkmişlərin prosessual vəziyyəti, bu sahədə insan hüquqları ilə bağlı, müasir texnologiyaların tətbiqi, zərərçəkmiş şəxslərin hüquqlarının təmin olunmasında prokurorun rolu kimi məsələlər üzrə çıxışlar edilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti