...

"YeS" BLOKUNUN XARİCİ ÖLKƏLƏRDƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİ TƏYİN OLUNUB

Siyasət Materials 29 Avqust 2005 17:43 (UTC +04:00)

Avqustun 29-da "Yeni Siyasət" seçki blokunun Koordinasiya Şurasının iclası keçirilib.

Seçki blokundan Trend ə bildirilib ki, iclasda blokun sentyabr ayı üçün tədbirlər planı təsdiqlənib. Sentyabrdan başlayaraq kütləvi tədbirlərin həyata keçirilməsi qərara alınıb.

İclasda kütləvi tədbirdlərin hazırlanması ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Bundan əlavə, "Yeni Siyasət" blokunun Avropa, ABŞ, Türkiyə və Rusiya üzrə səlahiyyətli nümayəndələri təyin olunub. İclasda seçki kampaniyası dövründə blokun və namizədlərin təbliğati məsələləri də müzakirə mövzusu olub.

Xəbər lenti

Xəbər lenti