...

NAXÇIVANDA "AZADLIQ" BLOKUNUN AKSİYASININ KEÇİRİLMƏSİNƏ İMKAN VERİLMƏYİB

Siyasət Materials 29 Avqust 2005 19:34 (UTC +04:00)

"Azadlıq" blokunun avqustun 28-də Naxçıvanda aksiya keçirməsinə imkan verilməyib. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP-islahatçılar) məlumat verilib.

Müxalifətçilərin avqustun 8-də Naxçıvan şəhər icra hakimiyyətinə təqdim etdiyi müraciəti cavabsız qalıb. Polislər avqustun 28-də tədbirə icazə verilmədiyini əsas gətirərək aksiyanın keçirilməsinə imkan verməyiblər.

AXCP Naxçıvan təşkilatının məlumatına görə, mitinqdə iştirak etmək üçün rayonlardan Naxçıvana gələn müxalifətçilərə təzyiqlər edilib, onlardan bəzilərinin həbs olunmasına cəhd göstərilib.

Avqustun 29-da isə AXCP Naxçıvan şöbəsinin qərargahında "Azadlıq" blokuna daxil olan partiyaların yerli təşkilatlarının rəhbərləri ATƏT-in seçkilərlə bağlı namizədlərin qeydə alınması prosesinin müşahidəçiləri Rumen Malayev və Berit Lindemanın iştirakı ilə görüş keçirilib. Görüşdə Naxçıvanda seçkiöncəsi ictimai-siyasi vəziyyət, parlament seçkilərinə hazırlıq və digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti