...

AMERİKALI SENATORLAR AZƏRBAYCANA ÜÇGÜNLÜK SƏFƏR EDƏCƏKLƏR

Siyasət Materials 30 Avqust 2005 13:17 (UTC +04:00)

Avqustun 30-dan sentyabrın 1-nə kimi amerikalı senatorlar Riçard Luqar (Richard Lugar) və Barak Obama (Barack Obama) Azərbaycana səfər edəcəklər. Bu barədə Trend ə ABŞ-ın Bakıdakı səfirliyində məlumat verilib.

Səfər çərçivəsində parlamentarilər hökumət nümayəndələri, müxalifət liderləri ilə görüşərək, ABŞ-Azərbaycan münasibətlərini müzakirə edəcəklər. Avqustun 31-də onlar səfərin yekunları ilə bağlı mətbuat-konfransı keçirəcəklər.

R.Luqar Senatın Xarici Əlaqələr Komitəsinin sədri, B.Obama isə İllinoys ştatından demokratdır.

Xəbər lenti

Xəbər lenti