...

ELMAN RÜSTƏMOV: YANVAR-AVQUSTUN YEKUNLARINA ƏSASƏN BAZA İNFLYASİYASI 2,2% TƏŞKİL EDƏCƏK

Siyasət Materials 30 Avqust 2005 14:49 (UTC +04:00)
ELMAN RÜSTƏMOV: YANVAR-AVQUSTUN YEKUNLARINA ƏSASƏN  BAZA İNFLYASİYASI 2,2% TƏŞKİL EDƏCƏK

2005-ci ilin yanvar-avqust aylarının yekunlarına əsasən Azərbaycanda baza inflyasiyası 2,2 %, cari və növbəti illərdə isə onun illik göstəricisi 10%-dən aşağı olacaq. Trend agentliyi bildirir ki, bu barədə ölkənin Milli bankı idarə heyətinin rəhbəri Elman Rüstəmov deyib.

" Səkkiz ayın yekunlarına əsasən (baza) inflyasiyası 2,2 faiz təşkil edib, payız aylarında bu, bir az artacaq ki, bu da həmişə ilin sonunda baş verir. 2005-ci ilin yekunlarına əsasən Azərbaycanda inflyasiya birrəqəmli göstəricini ötməyəcək"-deyə Rüstəmov jurnalistlərə bildirib.

2005-ci ildə Milli bank baza inflyasiyasını beş faiz səviyyəsində, istehlakçı inflyasiyasını isə 9 faizdən yuxarı olmayaraq proqnozlaşdırır. 2005-ci ilin yanvar-avqust aylarında istehlakçı qiymətləri 2004-cü ilin anoloji dövrü ərzində olan 5,9%-ə qarşı 12,2%-ə qalxıb.

Sentyabrda hökumət 2006-cı ilin dövlət büdcəsinin parametrlərini və pul-kredit siyasətinin əsas müddəalarını müzakirə edəcək.Bu, parlament tərəfindən oktyabrda artıq qəbul edilməlidir ki, noyabrın 6-da növbəti parlament seçkiləri keçiriləcək.

"Bizim 2006-cı ildə əsas məqsədimiz inflyasiyanın birrəqəmli göstəricisini ötməməkdir.Hazırda biz 2006-cı ilə inflyasiya dəhlizini müəyyən edirik.2005-ci ildə də olduğu kimi, Milli bank ölkənin neft gəlirləri səbəbindən artan daxili valyuta bazarına təsir edəcək.Bu, imkan yaradacaq ki, böyük həcmdə pul kütləsinə və inflyasiyanın birrəqəmli göstəricisinin yüksəlməsinə yol verilməsin " -deyə Rüstəmov bildirib.

Xəbər lenti

Xəbər lenti