...

ƏHMƏD ERENTOK: "ŞƏMKIRAQROISTEHSALAT" ZAVODUNUN AÇILIŞI OKTYABRDA OLACAQ

Siyasət Materials 30 Avqust 2005 15:15 (UTC +04:00)

Quş məhsullarının istehsalı üzrə "Şəmkiraqroistehsalat" zavodunun açılışı oktyabrda olacaq. Bu barədə Trend agentliyinə Azərbaycan-Türkiyə iş adamları Birliyi (ATIB) idarə heyətinin sədri Əhməd Erentok bildirib.

Onun sözlərinə görə, zavodun tikintisi başa çatdırılır, bütün vacib avadanlıqlar və qurğular Azərbaycana gətirilib.Dünya bazarlarında tikinti materiallarının qiymətinin bahalaşması ilə bağlı olaraq həm də layihənin dəyəri artıb.Xərclər kapitalı 4 mln. avro təşkil edəcək və bunların 5 mln. avroyadək artacağı gözlənilir.

Obyektin açılışı çox yüksək səviyyədə keçiriləcək.

Zavodda ildə 55 mln. yumurta əldə ediləcək. Bu zavod ilk dəfə olaraq Azərbaycanda çox yüksək gigiyenik qaydada həmin növ məhsul istehsal edəcək.Burada yeni texnologiya və qurğular tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti