...

AZƏRBAYCAN NAMİNƏ SEÇKİ BLOKU OKTYABRIN 1-DƏ MİTİNQ KEÇİRƏCƏK

Siyasət Materials 30 Avqust 2005 15:30 (UTC +04:00)

"Azərbaycan Naminə (AN) seçki bloku seçkilərə üç istiqamətdə hazırlaşacaq: "evdən-evə" kampaniyası çərçivəsində seçicilərlə görüşlər, namizədlərin KİV-də təbliğiatını qurmaq və kütləvi tədbirlər keçirmək". Bu barədə Trend ə AN seçki blokunun seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib.

Seçkilərə hazırlıqla bağlı T.Əliyev qeyd edib ki, avqustun 30-a olan məlumata görə blok tərəfindən irəli sürülən 30 namizəddən 16-ı qeydə alınıb, 1-i namizədliyindən imtina edib, 13 namizədin sənədləri isə hələ yoxlanılır.

AN seçki blokunda təmsil olunan siyasi partiya və təşkilatların oktyabrın 1-də "Qələbə" meydanında mitinq keçirmək barədə aıqustun 30-da qərara alındığını bildirən T.Əliyev seçkilərə təbliğat dövründə buna hazırlaşacaqlarını deyib: "Seçicilərlə görüşüb onları oktyabrın 1-də planlaşdırdığımız mitinqə gəlmələri üçün təbliğat da aparacağıq".

Mitinqi sırf seçkilərlə bağlı keçirəcəkləri və ənənvi oalarq "Qarabağsız Azərbaycan yoxdur" şüarlarını da səsləndirəcəklərini qeyd edən T.Əliyev meydana "Azadlıq" blokundan az qüvvə çıxarmayacaqlarını da bəyanlayıb.

Xəbər lenti

Xəbər lenti