...

AZƏRBAYCAN VƏ MOLDOVANIN BAŞ NAZİRLƏRİ İKİTƏRƏFLİ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ EDİB

Siyasət Materials 30 Avqust 2005 17:35 (UTC +04:00)

(İnterfaks) - Kişinyovla Bakı arasında ikitərəfli əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsi Moldovanın və Azərbaycanın baş nazirləri Vasili Tarlyov və Artur Rəsizadənin telefon söhbətində müzakirə edilib.Bu barədə çərşənbə axşamı Moldovanın mətbuat xidmətində "İnterfaks"a bildirilib.

Məlumata əsasən, söhbət əsnasında tərəflər ikitərəfli əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparmış, mal dövriyyəsinin artmasından məmnunluq ifadə etmişlər. 2004-cü ildə mal dövriyyəsinin həcmi $1,3 mln. təşkil edib ki, bu da 2003-cü ilin göstəricisindən 24,1 % çoxdur.

Xəbər lenti

Xəbər lenti