...

YƏMƏN SƏFİRİ AZƏRBAYCANDAKI DİPLOMATİK MİSSİYASINI BAŞA VURUR

Siyasət Materials 30 Avqust 2005 17:37 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 30-da Əhməd Hüseyn Məhəmməd əl- Bəşəni onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycanı XİN-in mətbuat xidmətindən Trend ə verilən məlumata görə, diplomat Azərbaycan tərəfinə işlədiyi müddətdə ona göstərilmiş köməyə və səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib və Yəmənlə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı və genişləndiriləcəyindən əmin olduğunu bildirib. Həmçinin səfir Yəmən Respublikasının Bakıda səfirliyinin tezliklə açılacağına ümidvar olduğunu və bunun iki ölkə arasında əlaqələrə yeni təkan verəcəyinə əmin olduğunu bildirib.

Öz növbəsində nazir Elmar Məmmədyarov ölkələrimiz arasında bir çox münasibətlərdə ümumi maraqların olduğunu, mövqelərin üst-üstə düşdüyünü qeyd edib və hər iki ölkə arasında dərin münasibətlərin böyük gələcəyi olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti