...

FÜZULİ-XOCALI-XOCAVƏND RAYONLARININ XANKƏNDİ SEÇKİ DAİRƏSİNƏ ƏLAVƏ OLUNMASI TƏKLİF EDİLİR

Siyasət Materials 30 Avqust 2005 17:38 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Mərkəzi Seçki Komissiyasına (MSK) myraciət qəbul edib. Bu barədə Trend ə AMDP-dən məlumat verilib. Partiyanın Siyasi Şurası tərəfindən qəbul edilən müraciətdə Füzuli-Xocalı-Xocavənd seçki dairəsində dislokasiya ilə bağlı dəyişikliklərə dair AMDP öz təklifini verib. AMDP Füzuli-Xocalı-Xocavənd rayonlarının Xankəndi seçki dairəsinə əlavə olunmasını təklif edir.

AMDP həmçinin parlament seçkisində iştirak edəcək namizədlərinin təbliğat kampaniyası dövründə reklam roliklərinin hazırlanması üçün tədbirlər görməyə başlayıb. Təbliğat kampaniyası dövründə efirə veriləcək reklam roliklərinin hazırlanması ilə əlaqədar danışıqlar aparılması üçün partiyanın müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti