...

BÖYÜK AZƏRBAYCAN PARTİYASI 1 MİLYON VƏTƏNDAŞA ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNİN VERİLMƏMƏSİNDƏN NARAHATDIR

Siyasət Materials 30 Avqust 2005 17:43 (UTC +04:00)

19 saylı Nərimanov seçki dairəsindən namizədliy qeydə alınan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Trend agentliyinə seçkilərlə bağlı üzləşdiyi problemlər barədə məlumat verib: "1 milyondan çox vətəndaş şəxsiyyət vəisqəsini hələ almayıb. Əgər proseslər belə davam edərsə, çox güman ki, seçkilərdə bu qədər insan səs vermək hüququndan məhrum ediləcək. Sual olunur onda bizə kim səs verəcək".

BAP sədri onu da qeyd edib ki, namizədliyi qeydə alınan imkanlı şəxslər asfalt çəkdirməklə, müxtəlif xeyirxah işlər görməklə indidən təbliğata başlayıblar. Bununla bağlı konkret faktlar söyləməkdən çəkinən partiya sədri "sonra deyəcəklər ki, Elşad Musayev "qara piar"la məşğuldur" - deyə bildirib.

E.Musayev namizədi olduğu seçki dairəsindən özünə güclü alternativ Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov və "Azadlıq" blokundan Sülhəddin Əkbərin olduğunu vurğulayıb: "Ancaq onlar məni heç də qorxutmur. Qeyri-qanuni hərəktlər baş verərsə istənilən şəxslərə qarşı mübarizə aparmaq məcburiyyətindəyəm".

Partiya sədri yalnız milli istiqlalçılar daxil olmaqla özlərinə yaxın qüvvələrin namizədlərinə yardım etməyə hazır olduqlarını qeyd edib.

Xəbər lenti

Xəbər lenti