...

BAKIDA AZƏRBAYCAN-GÜRCÜSTAN SƏRHƏDİNİN DELİMİTASİYASI VƏ DEMARKASİYASI ÜZRƏ İCLAS KEÇİRİLİR

Siyasət Materials 30 Avqust 2005 19:06 (UTC +04:00)

Avqustun 30-da Bakıda Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyasının ikigünlük iclası öz işinə başlayıb.Azərbaycan XİN-də Trend agentliyinə bildirilib ki, iclasın işində Gürcüstan XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Malxaz Mikeladzenin başçılıq etdiyi hökumət nümayəndə heyəti iştirak edir.Komissiyanın Azərbaycana aid hissəsinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir.

Tərəflərin müzakirəsinin mövzusu dövlət sərhədinin indiyədək razılaşdırılmamış 19 yarımsahəsidir.Həmin məsələlərin müzakirəsi avqustun 31-dək davam etdiriləcək və iclasın nəticəsinə əsasən protokol qəbul ediləcək.

Azərbaycan Dövlət torpaq və kartoqrafiya komitəsinin məlumatına əsasən, Azərbaycan-Gürcüstan dövlət sərhədinin ümumi uzunluğu şərti olaraq beş sahəyə və 24 yarımsahəyə bölünərək 480 kilometr təşkil edir.Bugünkü gündə tərəflər sərhədin təxminən 20%-ni razılaşdırıb, yəni yalnız beş yarımsahədən başqa bütün məsələlər tənzimlənib.

Xəbər lenti

Xəbər lenti