...

"AZADLIQ" BLOKU NÖVBƏTİ AKSİYASINI DAHA BÖYÜK MEYDANDA KEÇİRMƏK İSTƏYİR

Siyasət Materials 30 Avqust 2005 20:31 (UTC +04:00)

"Azadlıq" bloku sentyabrın 10-da növbəti kütləvi aksiyasını keçirməyə qərar verib. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) mətbuat xidmətindən məlumat verilib. Aksiyanın tarixi barədə qərar vverilsə də, mitinqin yeri barədə blokun dəqiq qərarı yoxdur. AXCP-nin mətbuat xidmətinin rəhbəri İsa Əvəzoğlu bildirib ki, növbəti dəfə ənənəvi olaraq metronun "20 Yanvar" stansiyasından başlayaraq "Qələbə" meydanınadək olan marşrut seçilməyə bilər. Çünki "Azadlıq" blokunun aksiyasının iştirakçılarının sayı çox olduğundan onlara daha geniş meydanda toplaşmaq lazım gəlir. Buna görə də blok liderləri növbəti aksiyanın keçiriləcəyi yerlə bağlı qəti qərara gəlməyiblər.

İsa Əvəzoğlu onu da bildirib ki, 10 sentyabrda keçiriləcək aksiya ilə bağlı bu həftə ərzində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.

Xəbər lenti

Xəbər lenti