...

AZƏRBAYCAN PREZİDENTİ ASPİRANTLARA, ALİ, ORTA İXTİSAS VƏ PEŞƏ MƏKTƏBLƏRİ VƏ PEŞƏ LİTSEYLƏRİNİN TƏLƏBƏLƏRİNƏ VƏ ŞAGİRDLƏRİNƏ VERİLƏN TƏQAÜDLƏRİ ARTIRIB

Siyasət Materials 30 Avqust 2005 20:56 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə avqustun 30-dan dövlət büdcəsi hesabına təhsil alan aspirantlara, dövlət ali, orta ixtisas və peşə məktəbləri və peşə litseylərinin tələbələrinə və şagirdlərinə verilən aylıq təqaüdlər 2,5 dəfə artırılıb.

Təqaüdlərin verilməsi dövlət büdcəsində bu məqsədlərlə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.

Sərəncam 2005-ci il sentyabrın 1-dən qüvvədədir.

Xəbər lenti

Xəbər lenti