...

ƏLİ HƏSƏNOV: AZƏRBAYCANIN HAKİM DAİRƏLƏRİ MÜXALİFƏTLƏ DİALOQUN GƏLƏCƏKDƏ DƏ DAVAM ETDİRİLMƏSİNƏ ÇALIŞACAQ

Siyasət Materials 31 Avqust 2005 12:14 (UTC +04:00)

"Azərbaycanın hakim dairələri ölkənin siyasi qüvvələri arasında dialoqun gələcəkdə də davam etdirilməsinə çalışacaq". Trend in məlumatına görə, bu barədə prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin rəisi Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu fikir dəfələrlə prezident İlham Əliyev tərəfindən səsləndirilib və iqtidar-müxalifət arasında dialoq davam etdirilməlidir.

Onun sözlərinə görə, ictimai dialoq Azərbaycan cəmiyyəti üçün vacibdir.

"Yeni Azərbaycan" hakim partiyası danışıqların davam etdirilməsi üçün səy göstərir. Respublika rəhbərliyi də bütün siyasi qüvvələrin nümayəndələri arasında konstruktiv dialoqun keçirilməsinə böyük əhəmiyyət verir. Dialoqun həm seçkiqabağı dövrdə, həm də seçkilərdən sonra aparılması vacibdir.

Xəbər lenti

Xəbər lenti