...

ƏLİ HƏSƏNOV: PARLAMENT SEÇKİLƏRİNDƏ BARMAQLARIN MÜRƏKKƏBƏ BATIRILMASINDAN İSTİFADƏ HAZIRKİ QANUNVERİCİLİKDƏ NƏZƏRDƏ TUTULMAYIB

Siyasət Materials 31 Avqust 2005 12:56 (UTC +04:00)

Parlament seçkilərin günü nişanlama rəngindən istifadə Azərbaycanın hazırki qanunvericiliyində nəzərdə tutulmayıb. Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin rəisi Əli Həsənov bəyan edib.

"Azərbaycan vətəndaşları seçki günü seçki komissiyasının xüsusi möhürünün vurulacağı seçki bülletenləri ilə təmin etməklə daha sivil yol seçib", - deyə Ə.Həsənov qeyd edib və bildirib ki, bu prosedura "bir seçicinin bir neçə dəfə səs vermək imkanlarının qarşısını almağa imkan verir". "Bu beynəlxalq təcrübədə də qəbul edilib və biz fikirləşirik ki, belə yanaşma daha səmərəlidir", - deyə Ə. Həsənov bildirib.

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinin mümükünlüyü barədə bəyanatları şərh edərkən Ə.Həsəneov bildirib ki, hazırda rəsmi Bakı ilə beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və Avropa Şurası arasında bu istiqamətdə heç bir danışıqlar aparılmır.

İctimai-siyasi şöbənin rəisi "exit poll"ların keçirilməsinə də aydınlıq gətirib və bildirib ki, Azərbaycanın hökumətinin adına iki ərizə daxil olub. Birincisi, ABŞ-ın Bakıdakı səfirliyi, ikincisi isə Azərbaycanda nümayəndəliklərinin fəaliyyt göstərdiyi beynəlxalq təşkilatlardır. "Azərbaycanda "exit poll" keçirəcək itəşkilatların adları ən yaxın zamanda açıqlanacaq", - deyə Ə. Həsəenov bildirib. O, seçki prosesinin monitorinqi üçün mindən artıq xarici müşahidəçinin yaxın günlərdə Bakıya gələcəyini təsdiqləyib.

122 saylı Xankədi dairəsində səsvermənin keçirilməsinə toxunan Ə. Həsənov bildirib ki, əgər beynəlxalq təşkilatlar Qarabağdakı erməni icmasının seçki siyahısını tərtib edə bilməsələr, onda rəsmi Bakı bunu "öz gücü ilə edəcək".

"Sözsüz ki, bu dairədə səsvermənin keçirilməsi müsbət addım olardı. Lakin əgər qanunda nəzərdə tutulmuş proseduralar bu dairədə yerinə yetirilməzsə, onda səsvermə keçirilməyəcək", - deyə ictimai-siyasi şöbənin rəisi bildirib.

Xəbər lenti

Xəbər lenti