...

ŞİMALİ KİPR VƏ AZƏRBAYCAN ARASINDA ƏMƏKDAŞLIĞA DAİR 5 PROTOKOL İMZALANIB

Siyasət Materials 31 Avqust 2005 13:36 (UTC +04:00)

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müxtəlif təşkilatları və Azərbaycan-Türk iş adamları birliyi (ATİB) arasında ticarət və iqtisadi əməkdaşlığa dair 5 protokolun imzalanma mərasimi keçirilib. Trend in xəbər verdiyi kimi, Kipr tərəfindən sənədləri ŞKTC Qurucular İttifaqı, Turizm Agentlikləri Birliyi, Otel Sahibkarlar Birliyi və Fermerlər İttifaqının rəhbərləri, Azərbaycan tərəfindən isə ATİB-nin rəhbəri Əhməd Erentok imzalayıb. Qeyd edək ki, protokollar avqustun 29-30-da keçirilmiş Azərbaycan-Kipr işgüzar forumunda müzakirə edilib.

Ə.Erentok bildirib ki, ŞKTC nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Şimali Kiprin "D.K." Konsaltinq Dəniz Şirkəti və Azərbaycanın "Ataholdinq" şirkəti arasında memorandumun imzalanmasına dair razılıq əldə olunub.

Eyni zamanda sığorta, bank, təhsil sahəsində əlaqələrin qurulması, həmçinin Şimali Kiprdən sitrus bitkilərinin ixracı üzrə danışıqlar aparılır.

Qeyd edək ki, mərasimdə ŞKTC-nin XİN başsıçı Sərdar Denktaş da iştirak edib.

Xəbər lenti

Xəbər lenti